...

Hindistanda hərbi helikopter sərt eniş edib: xəsarət alanlar var

Dünya xəbərləri Materials 5 Aprel 2024 12:02 (UTC +04:00)
Hindistanda hərbi helikopter sərt eniş edib: xəsarət alanlar var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan Silahlı Qüvvələrinin "AH-64E Apache Guardian" hərbi helikopteri Çinlə sərhədlə dağlıq ərazidə sərt eniş edib.

Trend xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Məlumata görə, hərbi manevrlərdə iştirak edən helikopterdə nasazlıq yaranıb. Pilotlar eniş həyata keçirməyə nail olublar, lakin helikopter sərt eniş edib.

Hadisə nəticəsində iki pilot xəsarət alıb, helikopter isə zədələnib.

Hazırda helikopterdəki nasazlığın səbəbi araşdırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti