Bakı. Trend:
ABŞ Energetika Nazirliyi 2024-cü il üçün "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozunu 87 dollar/bareldən 88,55 dollar/barelə qədər qaldırıb.
Trend-in məlumatına görə, bu barədə Nazirliyin Enerji İnformasiya İdarəsinin (EIA) aylıq proqnozunda bildirilib.
2025-ci il üçün proqnoz 84,8 dollar/bareldən 86,98 dollar/barelə qədər qaldırılıb.
ABŞ Energetika Nazirliyi ikinci rübdə "Brent" markalı neftinin orta qiymətinin 90 dollar/barel civarında olacağını gözləyir.