...

Almaniya Ukraynaya daha bir "Patriot" sistemi göndərəcək

Dünya xəbərləri Materials 13 Aprel 2024 19:25 (UTC +04:00)
Almaniya Ukraynaya daha bir "Patriot" sistemi göndərəcək

Bakı. Trend:

Almaniya tezliklə Ukraynaya Bundesver ehtiyatlarından daha bir "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın Müdafiə Nazirliyi bildirib.

"Biz öz döyüş hazırlığımızı nəzərə alaraq Ukraynaya imkanımız daxilində dəstək veririk", deyə Müdafiə naziri Boris Pistorius bildirib.

Nazir qeyd edib ki, o, mümkün qədər tez Ukrayna üçün nəzərdə tutulan sistemi əvəz edəcək yeni sistem əldə etmək üçün əvvəlcədən tədbir görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti