Bakı. Trend:
Ermənistana yeni Konstitusiya lazımdır.
Trend xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Qeyd edək ki, Ermənistanın mövcud Konstitusiyasında, qanunvericilik aktlarında, rəsmi məktub və bəyanatlarda, eləcə də bu ölkənin beynəlxalq təşkilatlarda və məhkəmələrdə yayılan sənədlərində Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar var.
Hələ bu ilin fevralında Paşinyan konstitusiya referendumu keçirəcəyini təsdiqləyib.
“Bizim qeyri-dövlət xalqından dövlət xalqına çevrilməli olduğumuz məqam hardadır. Bu məqam - konstitusiya referendumudur. Bizim yeganə vasitəmiz - insanlarla danışmaqdır", - o deyib.
(Tərcümə: Gülnarə Kərimova)