...

İranda prezident seçkilərinə qeydiyyat başlayıb

Dünya xəbərləri Materials 30 May 2024 10:07 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda bu gündən etibarən 5 gün müddətinə prezident seçkilərinə namizədlərin qeydiyyatı başlanıb.

Trend-in məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranda prezident seçkiləri parlament seçkiləri kimi tam şəffaf, təhlükəsiz və xalqın iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, İranda növbədən kənar prezident seçkiləri 28 iyunda keçiriləcək. Ölkədə dövlət idarəçiliyində əsas vəzifələrdə ən azı 4 il fəaliyyət göstərən, yaşı 40-75 arasında olan və minimum magistratura üzrə elmi dərəcəsi olan şəxslər prezidentliyə namizəd ola bilərlər.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti