...

Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir

Dünya xəbərləri Materials 17 İyun 2024 16:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi nəzdində Meşə Təsərrüfatı İdarəsi (OGM) meşə yanğınları riski zonalarının interaktiv xəritəsini hazırlayıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, xəritənin fəaliyyətinin əsasını təşkil edən süni intellekt 400-dən artıq amil, o cümlədən meteoroloqların proqnozları, torpağın vəziyyəti və ötən illərin hadisələri əsasında meşə massivlərindəki vəziyyətin təhlilini aparmağa imkan verir.

Meşə yanğınları riski zonalarının interaktiv xəritəsi Türkiyənin meşə massivlərində vəziyyətin operativ monitorinqi məqsədilə 2021-ci ilin genişmiqyaslı yanğınlarından sonra işlənib hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti