Bakı. Trend:
ABŞ-də 4 İyul - Müstəqillik Günü ilə bağlı uzadılmış həftəsonu istirahət günlərində baş vermiş atışma və digər cinayətlər nəticəsində azı 33 nəfər ölüb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, baş vermiş hadisələr nəticəsində onlarla insan xəsarət alıb.
Məlumata görə, təkcə Çikaqoda baş vermiş atışma nəticəsində 11 nəfər ölüb, 55 nəfər yaralanıb.
İyulun 4-ü ABŞ-da ölüm hadisələrinin ən çox baş verdiyi günlərdən biri hesab olunur.