...

BMT insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır

Dünya xəbərləri Materials 27 İyul 2024 16:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin təsirindən qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, BMT-nin rəhbəri bu yay rekord temperaturların yüzlərlə insanın ölümünə səbəb olmasından sonra bəyanatla çıxış edib. O vurğulayıb ki, ekstremal hava hadisələri artıq adiləşir və artıq nə konkret bölgələr, nə də qısa müddətlərlə məhdudlaşmır.

“Anormal temperaturlar artıq bir gün, bir həftə və ya bir ayla məhdudlaşmır. Bölünmüş dünyamızı birləşdirən bir məqam varsa, o da hamımızın istiliyi getdikcə daha çox hiss etməyimizdir”, - bəyanatda deyilir.

Hesablamalara görə, 65 yaşdan yuxarı insanlar arasında istiliklə bağlı ölüm hallarının sayı son iyirmi ildə təxminən 85 faiz artıb, hərçənd uşaqların 25 faizi bu gün daha çox istilik dalğalarına məruz qalır.

BMT-nin Baş katibi bir daha dünyanın aparıcı sənaye ölkələrini qazıntı yanacağından imtina edilməsini sürətləndirməyə çağırıb, çünki bu, iqlim dəyişmələrini yavaşlatmaq üçün əsas şərtlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti