...

Almaniya kanslerinin ofisi yaxınlığında bıçaqlanma - Yaralılar var

Dünya xəbərləri Materials 29 İyul 2024 11:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Berlində Federal Kansler Ofisinin yaxınlığında bıçaqlanma baş verib, nəticədə 4 nəfər yaralanıb.

Trend “Bild” nəşrinə istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında Qustav Hayneman körpüsünün yaxınlığında - kanslerin iqamətgahına çox yaxın olan Şpreeboqen parkında qeydə alınıb.

Məlumata görə, ağır xəsarətlər alan 4 nəfər xəstəxanaya yerləşdilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Berlin mərkəzi stansiyasının yaxınlığında saxlanılıb.

Bildirilir ki, insidentin səbəbi dava olub. Daha dəqiq motivlər hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti