...

Serbiya Prezidenti litium layihəsi ilə bağlı yerli icmalarla görüş keçirəcəyini açıqlayıb

Dünya xəbərləri Materials 12 Avqust 2024 06:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç, litium hasilatı layihəsinə qarşı artan etirazlar səbəbindən yerli icmalarla görüş keçirməyi və referendum mövzusunu müzakirə etməyə hazır olduğunu bildirib.

Trend xəbər verir ki, Aleksandar Vuçiç növbəti iki il ərzində litium ehtiyatları ilə bağlı heç bir qazıntı işlərinin aparılmayacağını qeyd edib.

“Etiraz aksiyalarını təşkil edənlər və müxalifət nümayəndələrini dialoqa dəvət etdik, lakin heç kim bu çağırışı qəbul etmədi. Mən isə hələ də dialoq yolu ilə həll tapmağın mümkün olduğuna inanıram. Nümayişlər ölkəmizdə demokratik mühitdə baş tutdu və hər şey demokratik ölkələrdə olduğu kimi oldu,” - deyə Serbiya Prezidenti vurğulayıb.

Son iki gün ərzində paytaxt Belqradda və digər bölgələrdə litium hasilatı layihəsinə qarşı keçirilən nümayişlərdə 20 mindən çox insan iştirak edib.

Xatırladaq ki, Yadar vadisində Avropanın ən böyük litium yatağı yerləşir. 2004-cü ildə Britaniya-Avstraliya birgə müəssisəsi olan “Rio Tinto” dağ-mədən şirkəti Serbiyanın Loznitsa şəhərində litium mineral ehtiyatları aşkar edib. Keçən ay Serbiya hökuməti və Avropa İttifaqı litium tədarükünə dair bir saziş imzalayıb. Bu dağ-mədən layihəsi Serbiyada mütəmadi olaraq ekoloji etirazlara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti