...

Yaponiyada istilər 248 nəfərin həyatına son qoydu

Dünya xəbərləri Materials 3 Sentyabr 2024 17:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokioda yüksək temperaturdan ölənlərin sayı 248-ə çatıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Tokio Böyükşəhər Qubernatorluğunun Tibbi Müayinə Bürosu həddindən artıq istilərin səbəb olduğu ölümlərlə bağlı məlumatları yeniləyib.

Məlumata görə, iyun-avqust ayları arasındakı 3 aylıq dövrdə paytaxt metropolunda yüksək temperaturdan ölənlərin sayı 248-ə yüksəlib.

Araşdırmalar zamanı ölənlərin yaşlarının 40-90 arasında olduğu, yaşadıqları evlərdə və iş yerlərində kondisioner olmadığı və ya aktiv istifadə edilmədiyi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti