...

Dünya Köçəri Oyunları çərçivəsində Qazaxıstanın paytaxtı Astanada etnoaul qapılarını açıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2024 08:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

5-ci Dünya Köçəri Oyunları çərçivəsində Astanada "Köçərilər Dünyası" adlı etnoaulun açılışı keçirilib.

Trend xəbər verir ki, bu tədbir paytaxt sakinlərinə və şəhərin qonaqlarına köçərilərin unikal mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir. Etnoaul müxtəlif zonalara bölünüb: mərkəzi meydan, xalq musiqisi çadırı, açıq havada köçəri sivilizasiyalar muzeyi, idman tədbirləri sahəsi, milli mətbəx nümunələri, əsas səhnə və ölkə regionlarının etnoməskənləri.

Həmçinin, burada Şərq bazarı təşkil edilib və ölkənin 200-dən çox sənətkarı öz məhsullarını təqdim edir. Etnoaulda konsert proqramları və idman tədbirləri keçirilir, tanınmış incəsənət xadimləri və yerli estrada ulduzları çıxış edirlər.

Sentyabrın 8-dən 13-dək davam edəcək Dünya Köçəri Oyunlarında 89 ölkədən 2800-ə yaxın idmançı 21 idman növü üzrə 97 dəst medal uğrunda yarışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti