...

Danimarkada İsrail səfirliyi yaxınlığında partlayış törədilib

Dünya xəbərləri Materials 7 Oktyabr 2024 15:05 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Kopenhagendəki səfirliyinin təxminən 500 metrliyində partlayış baş verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, polis hadisənin İsrailin diplomatik missiyasının binası yaxınlığındakı 2 partlayışdan 5 gün sonra baş verdiyini bildirib.

“Biz İsrail səfirliyi yaxınlığında baş vermiş əvvəlki insidentlə əlaqənin olub-olmadığını araşdırırıq. Bunun belə olduğuna dair heç bir əlamət yoxdur", - Kopenhagen polis müfəttişi qeyd edib.

Qeyd edək ki, oktyabrın 2-də İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında iki partlayış baş verib. Bununla bağlı 3 nəfər saxlanılıb. Daha sonra məlum olub ki, səfirliyin yaxınlığında partlayış törətməkdə təqsirli bilinən 2 İsveç vətəndaşı terrorçuluqda ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti