...

Müğənni Sissi Hyuston vəfat edib

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 06:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İki dəfə "Qremmi" mükafatı laureatı, sənətçi və müğənni Uitni Hyustonun anası, amerikalı müğənni Sissi Hyuston 92 yaşında dünyasını dəyişib.

Trend xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Sissi Hyustonun gəlini Pat bildirib ki, sənətçi Alzheimer xəstəliyindən əziyyət çəkərkən Nyu Cersidəki evində ailəsinin əhatəsində palliativ müalicə alarkən vəfat edib.

Onun qızı, Uitni Hyuston isə 2012-ci ildə dünyasını dəyişib.

Sissi Hyuston 30 sentyabr 1933-cü ildə Nyuark şəhərində çoxuşaqlı ailədə anadan olub. O, 1938-ci ildə qardaşları Larri və Nikki, bacısı Ann ilə birlikdə The Drinkard Four adlı incil musiqi qrupunu yaratmağa başlayaraq oxumağa qədəm qoyub.

1970-ci ildən Hyuston solo karyerasına tam şəkildə başlayıb və müxtəlif janrlarda 600-dən çox mahnı yazıb. O, 1997-ci ildə "Face to Face" və 1999-cu ildə "He Leadeth Me" albomları üçün "Qremmi" mükafatlarını qazanıb. O, 2018-ci ildə karyerasını başa vurub.

Xəbər lenti

Xəbər lenti