...

Türkiyədə yay mövsümündə yağıntıların miqdarı azalıb

Dünya xəbərləri Materials 12 Oktyabr 2024 15:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə bu yay mövsümündə yağıntıların miqdarı əvvəlki illərə nisbətən orta hesabla 9 faiz azalıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, Türkiyədə yay aylarında orta mövsümi iqlim yağıntısının miqdarı 64 millimetr, bu il isə 58,4 millimetr olub. Yağışlar yalnız Aralıq dənizi bölgəsində və Şərqi Anadoluda artıb, Türkiyənin əksər hissəsində isə daha az yağıntı miqdarı qeydə alınıb.

Mərmərə bölgəsində 2024-cü ilin yayında yağıntılar 66 faiz azalaraq son 21 ilin ən aşağı səviyyəsinə düşüb. Egey və Qara dəniz bölgələrində də yağıntının miqdarı azalıb.

Bursa, Balıkesir, Çanaqqala, İzmir, Aydın, Muğla, Hatay, Şanlıurfa, Qaziantep və Adıyamanda yağıntılar mövsümi iqlim normasından 80 faiz az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti