Bakı. Trend:
Böyük Britaniya Dəniz Ticarət Daşımaları Mərkəzi (UKMTO), ehtimala görə, Yəmən hakimiyyətinin Qırmızı dənizdə hərəkət edən ticarət gəmisindən Yəmən sahillərində istiqaməti dəyişməsini tələb etdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə Mərkəz "X" sosial şəbəkəsində yazıb.
"UKMTO Yəmənin Aden şəhərindən 57 dəniz mili cənub-qərbindəki ərazidə istiqamətin dəyişdirilməsini tələb edən Yəmən səlahiyyətlilərindən olduğunu iddia edən şəxs tərəfindən ticarət gəmisinə ultra qısa dalğalı radiosu ilə bir neçə dəfə çağırış edildiyi barədə bir xəbər alıb", - deyə bildirilib.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
UKMTO gəmiləri ehtiyatla hərəkət etməyə və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.