...

BVF idarəedici direktoru inflyasiyanı azaltmağın yollarından danışıb

Dünya xəbərləri Materials 25 Yanvar 2025 09:36 (UTC +04:00)
BVF idarəedici direktoru inflyasiyanı azaltmağın yollarından danışıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İlk dəfədir ki, inflyasiya uçot faizlərinin nisbətən yüksək olmasına rəğmən aşağı düşür.

Trend xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva Davosda keçirilən Dünya İqtisadi Forumunun “Qlobal iqtisadi proqnoz” adlı müzakirə panelində etdiyi çıxışda söyləyib.

“Adətən inflyasiyadan söz düşəndə, belə bir rəy səslənir ki, inflyasiyanı düşməsi böhrana yol açır. Halbuki indi biz unikal bir situasiyanın şahidi olmaqdayıq: inflyasiya düşür, uçot faizləri isə yüksək olaraq qalır, bununla belə biz tarixi orta göstəricidən az olsa belə, iqtisadiyyatda müsbət artımı müşahidə edirik. Bu il o 3,3 faiz təşkil edir, hərçənd, tarixi orta göstərici 3.8 faizə yaxın idi .Gələn mərhələdə, iqtisadiyyatın funksionallığının, iş yerlərinin və insanların özünəgüvənini təmin olunması ilə inflyasiyanın davamlı şəkildə azalmasına nail olsaq, bu çox əla bir nəticə olar”, - Georgiyeva bildirib.

O qeyd edib ki, qlobal maliyyə böhranından sonra dünyada əvvəllər mövcud olmamış siyasi əlaqələndirmə mexanizmləri yaradılıb.

“Bizdə Böyük İyirmilik var (G20), o beynəlxalq hesablaşamların təşkilində aktiv rol oynayır. Hər ay mərkəzi bankların rəhbərləri bir araya gəlir, Beynəlxalq Valyuta Fondu isə siyasətin əlaqələndirilməsi üçün öz hər yarım ildən biri görüşlər təşkil edir. Bu atılan addımların bir-birilə əlaqələndirilməsini təmin etməyə, həmçinin lazım gəldikdə yanaşmalardakı fərqləri nəzərə almağa imkan verir”,- BVF rəhbəri bildirib.

@Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti