...

ABŞ KXDR ilə münasibətləri saxlamaqda maraqlıdır - Tramp

Dünya xəbərləri Materials 8 Fevral 2025 03:25 (UTC +04:00)
ABŞ KXDR ilə münasibətləri saxlamaqda maraqlıdır - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp hazırkı administrasiyanın KXDR və onun lideri Kim Çen Inla münasibətləri davam etdirmək niyyətində olduğunu bəyan edib.

Trend-in məlumatına görə, Tramp bu açıqlamanı Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında verib.

"Bizim Şimali Koreya və Kim Çen Inla münasibətlərimiz olacaq. Onunla çox yaxşı anlaşdım, hamınız bunu bilirsiniz. Düşünürəm ki, bu münasibət davam etsə, hər kəs üçün böyük bir üstünlük olacaq", – Tramp bildirib.

ABŞ lideri həmçinin vurğulayıb ki, Kim Çen Inla əvvəlki danışıqları sayəsində ABŞ və KXDR arasında müharibənin qarşısını ala bilib. "Düşünürəm ki, mən ABŞ-nin Şimali Koreya ilə müharibəsini dayandırdım", – deyə o əlavə edib.

Tramp, həmçinin, Yaponiyanın KXDR ilə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib: "Yaponiya bu ideyanı dəstəkləyir, çünki onların Şimali Koreya ilə münasibətləri heç də yaxşı deyil".

Xəbər lenti

Xəbər lenti