...

"Starship" raketinin sınağı uğursuzluqla başa çatdı

Dünya xəbərləri Materials 7 Mart 2025 07:49 (UTC +04:00)
"Starship" raketinin sınağı uğursuzluqla başa çatdı

Bakı. Trend:

Aya insanlı uçuşlar üçün yaradılan "Super Heavy" daşıyıcı aparatı ilə "Starship" kosmik gəmisinin buraxılışı uğursuz olub.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.

Məlumata əsasən, buraxılışdan təxminən 10 dəqiqə sonra gəmi ilə əlaqə kəsilib. Telemetriya məlumatlarının daxil olması dayandırıldı. Gəmi mühərrikin nasazlığı səbəbindən hündürlüyünü itirməyə başlayıb.

Bildirilib ki, "Super Heavy" daşıyıcısı gəmidən ayrıldıqdan sonra uğurla buraxılış kompleksinə endi və burada "Mechazilla" sisteminin manipulyator qolları tərəfindən götürüldü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti