...

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

Dünya xəbərləri Materials 23 Mart 2025 01:43 (UTC +04:00)

Bakı. Trend:

Keniyada qeydiyyatda olan “Buffalo 5Y-RBA” nəqliyyat təyyarəsi Moqadişu yaxınlığında qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə “Arlaadi Media” portalı məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarənin aviadispetçerlərlə əlaqəsi kəsilib və Cəsirə kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarədə dörd nəfər olub.

Təyyarə Keniya sərhədi yaxınlığındakı Dhobley şəhərindən Moqadişuya uçurdu.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti