Bakı. Trend:
Avropa İttifaqı (Aİ) ABŞ rüsumlarına cavab tədbirlərini aprelin 9-da təsdiqləyəcək və ilk tədbirlər paketi aprelin 15-də qüvvəyə minəcək.
Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç Aİ-nin ticarət nazirlərinin Lüksemburqda keçirilən qeyri-rəsmi görüşünün yekunlarına dair bildirib.
"Əks tədbirlər aprelin 9-da təsdiqlənəcək, ilk paket aprelin 15-də, növbəti paketlər isə mayın 15-də qüvvəyə minəcək", - o bildirib və vurğulayıb ki, Avropa Komissiyası danışıqlar yolu ilə həllə yönəlsə də, əbədi gözləmək niyyətində deyil.