...

Qabon prezident seçkilərində Bris Oliqi Nqema qalib gəldi

Dünya xəbərləri Materials 13 Aprel 2025 23:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qabon Respublikasında keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən, keçid dövrünün dövlət başçısı Bris Oliqi Nqema səslərin 90,35 faizini toplayaraq qalib gəlib.

Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Erman İmmonqo məlumat verib.

Nqemanın əsas rəqibi, keçmiş baş nazir Alen-Clod Bili-Bi-Nze isə 3,02% səs toplaya bilib.

Qeyd olunur ki, səsvermədə seçki hüququ olanların 70%-dən çoxu iştirak edib və ümumilikdə seçkilər sakit şəraitdə keçib.

Xəbər lenti

Xəbər lenti