Bakı. Trend:
Sahibkarların müxtəlif resurslara çıxışını dəstəkləyən, onlara sürətli və sərfəli maliyyə həlləri təqdim edən Birbank Biznes, bu dəfə regionda yaşayan sahibkarlara dəstək olacaq. Belə ki, Sahibkarlar Günü münasibətilə 26 aprel tarixində Gəncə şəhərində satış yarmarkası təşkil ediləcək.
Tədbirdə Birbank Biznes mobil tətbiqindən qeydiyyatdan keçən, aktiv olan, eləcə də Gəncə və ətraf regionlarda fəaliyyət göstərən mikro sahibkarlar iştirak edə biləcəklər. Bütün şərtlərə uyğun olan sahibkarlardan təsadüfi yolla seçilənlər yarmarkada heç bir ödəniş etmədən iştirak şansı qazanacaqlar.
Qeyd edək ki, tədbir 26 aprel 2025-ci il tarixində saat 10:00-dan 22:00-a dək Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ünvanında yerləşən “Gəncə Mall”-da baş tutacaq. Tədbirin sonunda iştirakçılar və qonaqlar üçün əyləncəli proqram təşkil ediləcək.
Birbank Biznes bu təşəbbüslə sahibkarların fəaliyyətini
dəstəkləməyi və onların bizneslərinin tanıdılması, inkişafı üçün
yeni imkanlar yaratmağı hədəfləyir. Layihə sahibkarların
məhsullarını tanıtmaqla yanaşı, həm də onların iqtisadi inkişafını
dəstəkləməyə və bir-birlərini tanıyıb yeni əlaqələr qurmalarına
yönəlib. Həmçinin, yarmarka regionda müxtəlif biznes sahələrində
fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini daha geniş
auditoriyaya təqdim etmələrini təmin edəcək, iqtisadi əlaqələrin
genişlənməsi və rəqabət qabiliyyətinin artırılması üçün də zəmin
yaradacaq.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən
vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta
qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı
məlumat üçün https://birbank.business/ saytına
keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.