Bakı. Trend:
ABŞ administrasiyası tərəfindən əczaçılıq məhsullarına hazırlanan rüsumlar xarici avtomobillərə tətbiq edilən rüsumlar kimi 25 faiz təşkil edə bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
"Biz artıq öz dərmanlarımızı istehsal etmirik. İrlandiyada, bir çox başqa yerlərdə, Çində dərman şirkətləri var. Mənim etməli olduğum tək şey [əczaçılıq məhsullarına] tariflər tətbiq etməkdir. Biz bunu edəcəyik. Bu, avtomobillərlə etdiyimiz kimi olacaq. Bildiyiniz kimi, bizdə avtomobillərə 25 faiz rüsum tətbiq olunur. Bizdə polad və alüminium üçün 25 faiz rüsum tətbiq olunub və bu, hazırda aktual olan kateqoriyadır", - deyə ABŞ prezidenti qeyd edib.
O əlavə edib ki, rüsumlar tezliklə tətbiq olunacaq.