Bakı.Trend:
Media və uşaqlar çox həssas mövzudur və harada olmağımızdan asılı olmayaraq hər birimizə təsir edir.
Trend xəbər verir ki, bunu Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun Baş katibi Deniz Güçer bu gün Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısında çıxışında deyib.
O bildirib ki, başqa bir problem də uşaqların sosial mediada necə təqdim edilib, necə göstərilməsidir.
"Bu gün görüntülü və səsli media, yayımlar uşaqlar üçün həddən artıq informasiya bolluğu yaradır və təəssüf ki, uşaqlar onlar üçün zərərli kontentin təsirinə məruz qalırlar. Yayım xidmətlərində uşaqların necə qorunmasına dair bir həll yolu tapmaq bizim ümumi problemimizdir", - deyə o qeyd edib.