...

ABŞ USAID-in bütün xarici nümayəndəliklərini ləğv edib - KİV

Dünya xəbərləri Materials 11 İyun 2025 14:19 (UTC +04:00)
ABŞ USAID-in bütün xarici nümayəndəliklərini ləğv edib - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının hökuməti sentyabrın 30-dək ABŞ-nin beynəlxalq inkişaf agentliyinin (USAID) ölkə xaricindəki bütün nümayəndəliklərini bağlayacaq.

Trend xəbər verir ki, bu haqda “The Guardian” nəşri əldə etdiyi Dövlət Departamentinin aidiyyəti sənədinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio agentliyin beynəlxalq ştatının tamamilə ləğv olunması haqda sərəncam verib.

Sərəncama əsasən, bütün mövcud beynəlxalq yardım proqramlarına nəzarət bilavasitə dövlət departamentinə həvalə olunub. Sərəncamın USAID-in dünya üzrə yüzlərlə nümayəndəliyinə, o cümlədən, əlaqədar diplomatik xidmətlərə, podratçılara və 100-dən çox ölkədəki yerli personala təsir edəcəyi bildirilir.

Xatırladaq ki, bu il fevralın 3-də ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Bu qurum beynəlxalq təşkilatların maliyyələşdirilməsinə əhəmiyyətli həcmdə vəsait ayırırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti