...

Somalidə 22 mindən çox insan məcburi köçkün düşüb - BMT

Dünya xəbərləri Materials 7 Avqust 2025 16:16 (UTC +04:00)
Somalidə 22 mindən çox insan məcburi köçkün düşüb - BMT
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Somalinin mərkəzi bölgəsində yerləşən Maxas dairəsində gedən intensiv döyüşlərlə əlaqədar 22 mindən çox insan, o cümlədən 11 mindən çox uşaq yaşadıqları evləri tərk etmək məcburiyyətində qalıb.

Trend xəbər verir ki, bunu BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə “Reliefweb” idarəsinin informasiya xidməti “Uşaqları xilas edin” beynəlxalq təşkilatına istinadən məlumat yayıb.

“Mərkəzi Somalidə yerləşən Maxas şəhərində 22 mindən çox insan, o cümlədən 11 mindən çox uşaq intensiv döyüş əməliyyatları nəticəsində köçkünə çevrilib”, – deyə məlumatda bildirilir.

İdarədən əlavə edilib ki, son iki ay ərzində Hiraan bölgəsində yerli silahlı dəstələr, hökumət qüvvələri və qeyri-dövlət silahlı qrupları arasında toqquşmalar daha da şiddətlənib, əsas eskalasiya isə iyulun 27-də baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti