...

"Air India" reysi gecikdi: şirkət sərxoş pilotla bağlı açıqlama yaydı

Dünya xəbərləri Materials 3 Yanvar 2026 10:52 (UTC +04:00)
"Air India" reysi gecikdi: şirkət sərxoş pilotla bağlı açıqlama yaydı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 23-də Vankuverdən Dehliyə yola düşməli olan "Air India" reysi son anda gecikib. Buna səbəb təyin olunmuş pilotun spirtli içki təsiri altında olması olub. Təyyarəni idarə etmək üçün alternativ pilot gətirilib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Hindistanın "Air India" şirkəti məlumat yayıb.

Məlumata görə, pilot Vankuver Beynəlxalq Hava Limanında iki dəfə alkotesterdən keçirilib və nəticələr onun işə yararsız olduğunu təsdiqləyib.

"Air India" həmin pilotun istintaq müddətində uçuş vəzifələrindən kənarlaşdırıldığını açıqlayıb: “Şirkətimiz qayda və qanun pozuntularına qarşı sıfır dözümlülük siyasəti tətbiq edir. İstintaq nəticəsində hər hansı pozuntu təsdiqlənərsə, ciddi intizam tədbirləri görüləcək”.

Qeyd edək ki, sözügedən reys 344 sərnişin tutumuna malik Boeing 777 təyyarəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti