...

Rusiyada helikopter qəzasında ölənlərin sayı 2 nəfərə çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 Yanvar 2026 16:02 (UTC +04:00)
Rusiyada helikopter qəzasında ölənlərin sayı 2 nəfərə çatıb (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Perm diyarında helikopter qəzası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Rusiya FHN-nin bölgə üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Helikopterin yerə çırpılan zaman istirahət mərkəzinin ərazisində hər hansı dağıntılara səbəb olmadığı bildirilir.

xxx

15:19

Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hadisə Bardım rayonunda yerləşən “Aşatli-park” istirahət mərkəzinin ərazisində baş verib. İki oturacaqlı şəxsi helikopterin yerə çırpılması nəticəsində 1 nəfər həyatını itirib.

Hadisə qurbanının ölümcül bədən xəsarətləri almış pilot olduğu bildirilir. Sərnişinə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Qəzanın təfərrüatları araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti