Bakı. Trend:
Güclü qar yağışı səbəbindən uçuşların ləğvi və yerli nəqliyyatın pozulması səbəbindən təxminən iki min insan Hokkaydo vilayətinin Sapporo şəhərindəki Şin-Çitose hava limanında gecələmək məcburiyyətində qalıb.
Trend-in məlumatına görə, oxşar vəziyyət bir gün əvvəl də burada yaranmışdı.
Yaponiya İctimai Televiziyası bildirib ki, insanlar yerdə yatmağa məcbur qalıb - hava limanı rəhbərliyi bu məqsədlə döşəklər və yataq torbaları təmin etdi.
Qeyd edək ki, son bir neçə gündür Yaponiyanın şimalında güclü qar yağışı davam edir, bəzi bölgələrdə yağıntı miqdarı yanvar ayı üçün rekord həddə çataraq 72 sm-ə çatıb.