Bakı. Trend:
Rusiyanın Zelenodolsk şəhərində (Tatarıstan) keçmiş yataqxana binası yanıb.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Yanğın nəticəsində 3 nəfər həyatını itirib. 14 kvadrat metr sahəni əhatə edən alovun söndürülməsindən sonra yanğınsöndürənlər həmin yerdən üç insan meyiti (2 kişi və bir qadın) aşkarlayıblar.
Faktla bağlı cinayət işi açılıb. Yanğının səbəbləri araşdırılır.
