Bakı. Trend:
ABŞ ordusu İranın pilotsuz uçuş aparatını vurub.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, uçuş aparatı Ərəbistan dənizində Amerikanın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi olan "Abraham Linkoln"a doğru hərəkət edirdi.
Bildirilib ki, "Şahed-139" pilotsuz uçuş aparatı "F-35" qırıcı təyyarəsi tərəfindən məhv edilib.