Bakı. Trend:
Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə ümumilli referendumun (15 mart tarixində keçiriləcək -red) nəticələri yeddi gün ərzində, yəni 21 mart tarixinə qədər elan olunacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Mərkəzi Referendum Komissiyasının sədr müavini Muxtar Yerman bildirib.
Onun sözlərinə görə, referendumdan əvvəl təşviqat kampaniyası referendumun təyin olunduğu vaxtdan etibarən başlayır və səsvermənin keçiriləcəyi gündən öncəki gün 00.00-a qədər davam edəcək.
Referendum zamanı səsvermə məntəqələri yerli vaxtla 07:00-dan 20:00-a kimi fəaliyyət göstərəcək.
