...

İran prezidenti: Dünya ölkələrinin əksəriyyəti İrana qarşı dost münasibətdədir

Dünya xəbərləri Materials 28 Aprel 2006 12:44 (UTC +04:00)

Dünya ölkələrinin əksəriyyəti İrana qarşı dost münasibətdədir. Bu barədə İran İslam Respublikasının prezidenti Mahmud Əhmədi Necat ölkənin Tar şəhərində çıxışında bəyan edib. Onun sözlərinə görə, İran sülhə, ədalətə, o cümlədən milli haqların və azadlıqların inkişafına yardım sahəsində dünya ictimaiyyəti ilə əməkdaşlığa hazırdır.

Trend in xəbər verdiyi kimi, M.Ə.Necat onu da qeyd edib ki, İran xaricdən təzyiqə davam gətirəcək və nüvə texnologiyalarını inkişaf etdirmək niyyətindən əl çəkməyəcək. "Biz nüvə yanacağının istehsalı üzrə texnologiyanı əldə etmişik və heç kim bunu İran xalqının əlindən almayacaq", - deyə o, BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rəhbərinin İranla bağlı çıxış edəcəyi məruzədən bir gün əvvəl bəyan edib.

Bu hesabatda İranın uranın zənginləşdirilməsi üzrə işlərin dayandırması ilə bağlı dünya ictimaiyyətinin tələblərini yerinə yetirib-yetirməməsi öz əksini tapacaq. Bu barədə IRNA xəbər verir.

Xəbər lenti

Xəbər lenti