Çərşənbə axşamı İranda hökumət öz qəzetlərindən birini bağlayıb. Adı göstərilməyən qəzet İranın şimal-qərbindəki azərbaycanlı azlığı təhqir kimi qiymətləndirilən karikatura dərc edib.
Trend in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, İranın milli televiziyası ilə verilən məlumatda onun "düşmənçilik toxumu səpən və təbliğat materiallarının nəşri ilə əlaqədar" bağlandığı bildirilir.
Bu, Mahmud Əhmədinejatinin prezidentliyi dövründə İranda bağlanan ilk qəzetdir.