...

İran, Əfqanıstan və Tacikistan rəhbərləri Düşənbədə toplaşacaq

Dünya xəbərləri Materials 25 İyul 2006 16:45 (UTC +04:00)

İran prezidenti Mahmud Əhmədinejad iyulun 25-də, günün ikinci yarısında Tacikistanın paytaxtına rəsmi səfər edəcək. Bu barədə "REGNUM"a Tacikistan XİN-dən məlumat verilib. M.Ahmədinejad Tacikistan prezidenti İmoməli Raxmonovla görüşəcək. Görüş zamanı tərəflərin Sanqtudinski HES-2 və Tacikistandan Əfqanıstan vasitəsilə İrana çəkiləcək elektrik ötürücü xətlərinin tikinti məsələlərini müzakirə edəcəyi gözlənilir.

İkitərəfli əməkdaşlıq sahəsində də bir neçə sazişin imzalanması planlaşdırılır.

Trend "REGNUM"a istinadən xəbər verir ki, iyulun 26-da Əfqanıtsan lideri Həmid Kərzayın da Tacikistana gələcəyi gözlənilir. Səfər çərçivəsində H.Kərzay tacikistanlı həmkarı ilə görüşəcək. O həmçinin Tacikistan, İran və Əfqanıstan dövlət başçılarının görüşündə də iştirak edəcək. Görüşün yekunları üzrə iqtisadiyyat, nəqliyyat, energetika və turizm sahəsində əməkdaşlıq haqqında üçtərəfli sazişlərin imzalanması planlaşdırılır.

Qeyd edək ki, belə bir görüş yanvarda Tehranda keçirilməli idi, lakin H.Kərzay özünü pis hiss etdiyindən İranın paytaxtına gələ bilmədi.

Xəbər lenti

Xəbər lenti