...

Çexiya prezidenti yanvarın 9-da yeni hökuməti təiyn edəcək

Dünya xəbərləri Materials 8 Yanvar 2007 17:58 (UTC +04:00)

Çexiya prezidenti Vatslav Klaus yanvarın 9-da 7 aylıq siyasi böhrandan sonra yeni hökuməti təyin edəcək. "RBK"ya istinadən Trend xəbər verir ki, bu onun nəticəsində baş verib ki, 2006-cı ilin iyun ayında keçirilən parlament seçkilərində partiyaların heç biri yeni hökumətin formalaşdırılması üçün kifayət qədər səs toplaya bilməyib.

Müxalifətçi baş nazir Mirek Topolanekin başçılıq etdiyi yeni sağçı sentrik hökumətə Xristian Demokrat Partiyası, Yaşıllar Partiyası və Demokratik Vətəndaş Partiyası daxil olacaq. Sağçı partiyalar 200 yerlik parlamentdə səslərin yarısını alacaq. "Reuters" xəbər verir ki, qalan yerləri müxalifət tutacaq.

Xəbər lenti

Xəbər lenti