...

Yaponiyalı parlamentari bildirir ki, əgər ABŞ sanksiyaları ləğv etməsə, KXDR yeni nüvə sınaqları ilə hədələyir

Dünya xəbərləri Materials 13 Yanvar 2007 11:16 (UTC +04:00)

KXDR Vaşinqtonla əsasını Amerikanın maliyyə sanksiyaları təşkil edən ikitərəfli dialoqdan sonra nüvə tərksilahı barədə altıtərəfli danışıqlar masasına qayıdacaq. "Associated Press" agentliyi bildirir ki, bunu Pxenyana 5 günlük səfərindən sonra Yaponiya parlamentinin deputatı Taku Yamasaki deyib.

T.Yamasaki həmçinin Şimali Koreyada təkrar nüvə sınaqları barədə Amerika kəşfiyyatının ehtiyat etməsini də təsdiq edib. Onun sözlərinə görə, KXDR-ın yeni nüvə sınaqları tamamilə mümkündür. Bu barədə "RBK"ya istinadən Trend bildirir.

Şimali Koreya rəsmiləri yaponiyalı parlemantariyə bildiriblər ki, sınaqlar barədə qərar ABŞ-ın növbəti addımlarından asılı olacaq.

ABŞ və KXDR-ın Şimali Koreya şirkətlərinə qarşı tətbiq edilən maliyyə sanksiyalarını 2007-ci ilin yanvarında müzakirə edəcəyi gözlənilir. Güman edilir ki, danışıqlar 22 yanvardan başlayan həftədə Nyu-Yorkda və ya Pekində keçiriləcək.

Xatırladaq ki, 2006-cı ilin dekabrında KXDR-ın nüvə tərkislahı barədə danışıqların növbəti mərhələsi nəticəsiz qalmışdı. Danışıqların nəticələrinə görə heç bir yekun qərar qəbul edilməmiş, növbəti danışıqlar mərhələsinin tarixi də müəyyən edilməmişdi. Lakin Vaşinqton istisna etmir ki, danışıqlar 2007-ci ilin fevralına qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti