...

Türkiyənin "TRAO" şirkəti İraqda neft axtarışlarına başlayacaq

Dünya xəbərləri Materials 3 Mart 2007 12:05 (UTC +04:00)

Türkiyə, Ankara/ Trend müxbir Ə.Ələsgərov/ Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülərin bildirdiyinə görə "TRAO" türk şirkəti İraqda neft axtarışlarına başlayacaq. Ankaradan Trend ə verilən məlumata görə, bu təkliflə ölkəsinin şimalında neft axtarışı işlərini genişləndirmək istəyində olan İraq hökuməti müraciət edib.

H.Gülərin fikrincə "Şahdəniz" yatağında təmir işləri cari ilin mart ayının 6-na qədər yekunlaşacaq və bundan sonra Türkiyəyə qaz nəqli problemi həll olunacaq.

Sonra isə qaz Yunanıstan və Avropaya göndəriləcək. Türkiyəli nazirin sözlərinə görə qaz kəmərinin Meriç çayından keçən 700 metr uzunduğunda olan hissəsinin tikintisi başa çatdırılıb.

Xəbər lenti

Xəbər lenti