...

Axalkalakidən Rusiya hərbi bazasının əmlak və texnika avtokolonunun çıxarılması təxirə salınıb

Dünya xəbərləri Materials 12 Aprel 2007 16:58 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Aprelin 12-nə təyin olunmuş Gürcüstandan Rusiya hərbi bazasının əmlakı və texnikası avtokolonunun Axalkalakidən Ermənistanın Gümrü hərbi bazasına aparılması son anda hava şəraitinə görə aprelin 13-nə təxirə salınıb. Trend in xüsusi müxbirinə bazadan verilən məlumata əsasən, təxirə salınma Axalkalakidən Ermənistanın sərhədinə qədər olan yolun qarla örtülməsi ilə əlaqədardır.

Yolun onsuz da yenidən qulurmasına ehtiyac var, baza komandanlığı bu prosesi sabaha təyin etmək haqqında qərar qəbul edib.

Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Axalkalakidə MN, gömrük və sərhəd xidmətinin nümayəndələri bütün lazımi prosedurları görüb, sənədləri yoxlayıb və kolonun Ermənistana aparılmasına icazə verib.

Bazanın əmlakından ibarət 10 maşın və üç ədəd avtotexnikadan ibarət kolon aprelin 13-də səhər saat 7-də Gümrüyə istiqamət götürəcək. Daha sonra onlar geri qayıdacaq.

Mayın sonuna qədər daha beş avtokolon texnika və əmlakı Gümriyə aparacaq, mayda isə Axalkalaki bazasının texnika və əmlak hissəsi iki dəmir yolu eşelonu ilə Azərbaycan vasitəsilə RF-yə aparılacaq. Bu il iyulun 1-nə qədər Axalkalakidən rusiyalı hərbçilərin çıxarılması prosesi və obyektlərin Gürcüstan MN-ə təhvilinin başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti