Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/
Mərakeşdə Azərbaycan Dili və Mədəniyyəti proqramının açılışı olub.
Trend-in cümə günü Cihan agentliyinə istinadən verdiyi məlumata əsasən, proqram çərçivəsində paytaxt Rabatda Azərbaycan dili kursları fəaliyyət göstərəcək.
Kurslar Rabatdakı V Məhəmməd Universitetinin nəzdində açılıb.
Proqramın açılışında iştirak edən Bakı Dövlət Universitetinin ərəb dili müəlliməsi Təranə Əkbərova bildirib ki, bu, ərəb ölkələrində açılmış ilk belə bölmədir.