...

Avropa Oyunlarının məşəli velosiped yarışlarının keçiriləcəyi idman obyektlərində olub (FOTO)

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 15:33 (UTC +04:00)
Bakı-2015 ilk Avropa Oyunlarının məşəli paytaxt ərazisində səyahətini davam etdirir. Oyunların simvolu bu gün velosiped yarışlarının keçiriləcəyi idman obyektlərində olub.
Avropa Oyunlarının məşəli velosiped yarışlarının keçiriləcəyi idman obyektlərində olub (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı-2015 ilk Avropa Oyunlarının məşəli paytaxt ərazisində səyahətini davam etdirir. Oyunların simvolu bu gün velosiped yarışlarının keçiriləcəyi idman obyektlərində olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, dan yeri sökülərkən məşəl BMX üzrə yarışların keçiriləcəyi Velopark ərazisinə gətirilib. Alovu "Nə? Harada? Necə?" intellektual oyununun Azərbaycan üzrə baş prodüsseri Balaş Qasımov qəbul edib.

Dağ Velosipedi parkında isə məşəldar rolunda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edib. O, yarışların keçiriləcəyi marşrut boyunca alovla hərəkət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti