...

Avropa Oyunlarına dəstək verən "ASAN xidmət" könüllüləri velosipedlə yarışdılar (FOTO)

Baku 2015 : EUROGAMES Materials 9 İyun 2015 17:32 (UTC +04:00)
Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək idmançılarımıza dəstək məqsədilə "ASAN xidmət" könüllüləri velosiped yarışında mübarizə aparıblar.
Avropa Oyunlarına dəstək verən "ASAN xidmət" könüllüləri velosipedlə yarışdılar (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək idmançılarımıza dəstək məqsədilə "ASAN xidmət" könüllüləri velosiped yarışında mübarizə aparıblar.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, Veloparkda keçirilən yarışda Bakı və Sumqayıt şəhərlərinin "ASAN xidmət" mərkəzlərinin 40-a yaxın könüllüsü iştirak edib.

Tərkibində 2 oğlan və 2 qız velosipedçi olan komandalar estafet sistemi üzrə yarışıblar. İlkin mərhələdən sonra finala vəsiqə qazanan 3 komanda müəyyənləşib. Həlledici yürüşün nəticəsinə əsasən, 2 saylı "ASAN xidmət" mərkəzinin komandaları 1-ci və 3-cü yerləri tutub. 4 saylı mərkəzin komandası isə 2-ci nəticə göstərib.

Qaliblərə medal, diplom və kuboku AzVİF-nin baş katibi Fərhad Əliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") İnsan resursları və təlim şöbəsinin müdür müavini Cahangir Hacıyev təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti