...

Belarus üzgüçüsü: Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 17:01 (UTC +04:00)
I Avropa Oyunlarının açılışı möhtəşəm və çox baxımlı idi.
Belarus üzgüçüsü: Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

I Avropa Oyunlarının açılışı möhtəşəm və çox baxımlı idi. Bunu Trend-ə Belarusun sinxron üzgüçüsü Olqa Taleyko deyib.

Onun sözlərinə görə, yarışlar çox yüksək səviyyədə təşkil edilib.

İdmançı qeyd edib ki, daha yaxşı çıxış edə bilərdi: "Medallar uğrunda mübarizəni davam etdirəcəyəm".

Fərdi yarışların yekunu üzrə o, səkkizinci, komanda çıxışında isə yeddinci olub.

Sinxron üzgüçülük üzrə Belarus komandasının baş məşqçisi Nataliya Saxaruk bildirib ki, yetirmələri medallar uğrunda mübarizə aparacaqlar: "İstənilən medal bizim maksimum nəticəmiz olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti