...

İtaliyanın Azərbaycandakı səfiri: “İdman və siyasəti qarışdırmaq lazım deyil” (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 11:08 (UTC +04:00)
Bakıda I Avropa Oyunlarının açılış mərasimi ən gözəl şoulardan biri oldu və mərasim yüksək səviyyədə təşkil olunmuşdu.
İtaliyanın Azərbaycandakı səfiri: “İdman və siyasəti qarışdırmaq lazım deyil” (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Bakıda I Avropa Oyunlarının açılış mərasimi ən gözəl şoulardan biri oldu və mərasim yüksək səviyyədə təşkil olunmuşdu. Bu barədə Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo deyib.

Qərb mətbuatında Azərbaycanla bağlı neqativ məlumatlara şərh verən diplomat bildirib ki, idman və siyasəti qarışdırmaq olmaz: "İdman və siyasət - iki ayrı anlayışdır. Bu gün Azərbaycanda isə dostluq və idman bayramıdır".

C.Kutillo qeyd edib ki, Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlər bütün sahələrdə inkişaf edir: "İtaliya və Azərbaycan arasında yaxşı əlaqələr, strateji əməkdaşlıq mövcuddur. İtaliya hökuməti I Avropa Oyunlarının açılış mərasimində yüksək səviyyədə təmsil olundu. Biz bu əməkdaşlığı bütün istiqamətlərdə yaxşılaşdırmaq niyyətindəyik".

Səfir həmçinin bildirib ki, İtaliyanın üç naziri son iki ayda Azərbaycanda olub: "Sözsüz, yaxın aylarda qarşılıqlı səfərlər davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti