Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/
İkinci Avropa Oyunlarının gələcəkdə hansı ölkədə keçirilməsi ilə bağlı hazırda 3 ölkə ilə danışıqlar aparılır.
Trend-in məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki bu gün Avropa Oyunlarına həsr edilmiş yekun mətbuat konfransında deyib.
P.Hikki vurğulayıb ki, biz 5 namizəd ölkə ilə danışıqlar aparırıq: "2 ölkə 2023-cü ildə Oyunların keçirilməsi barədə razılığını bildirib. Hazırda biz 3 ölkə ilə Oyunların 2019-cu ildə keçirilməsi ilə bağlı danışıqlar aparırıq".