...

Bəstəkar Emil Şahin bu yayın hitini təqdim edir: "Tənha külək" (VİDEO-FOTO)

Mədəniyyət Materials 23 İyun 2011 17:31 (UTC +04:00)
Tanınmış Azərbaycan bəstəkarı, yazdığı bütün mahnıları ilə hit-paradlarda özünəməxsus yer tutan Emil Şahin, melomanlara daha bir mahnısını təqdim edir.
Bəstəkar Emil Şahin bu yayın hitini təqdim edir: "Tənha külək" (VİDEO-FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Tanınmış Azərbaycan bəstəkarı, yazdığı bütün mahnıları ilə hit-paradlarda özünəməxsus yer tutan Emil Şahin, melomanlara daha bir mahnısını təqdim edir. Bu yayın lirik hiti olacaq kompozisiya "Tənha külək" adlanır. "Xəyallar"adlı ilk instrumental musiqinin məntiqli davamı kimi qiymətləndirə biləcəyiniz "Tənha külək" artıq radiolarda səslənir. Bəstəkar dinləyicilərin sevə-sevə qulaq asdığı növbəti əsəri haqqında oxucularımızı belə məlumatlandırdı.

"Sevindirici haldır ki, iki illik zəhmətimin bəhrəsi kimi çox fərqli bir əsəri pərəstişkarlarıma təqdim edirəm. Baxmayaraq ki, mahnı yenicə radiolarda səslənir, dinləyicilərin marağına səbəb olmağa müvəffəq oldu. Həm də ona görə qürurlanıram ki, mahnını kim eşidirsə, dərhal müəllifi ilə maraqlanmadan mənə zəng vurub təbrik edir. Demək ki, öz dəsti-xəttimi yazdığım hər bir mahnıda hiss etdirə bilirəm. "Tənha külək" kompozisiyasının ideya müəllifi və haradasa oranjimançısını da mənim adımla bağlamaq olar. İş prosesi zamanı illərdən bəri yaradıcı əməkdaşlığımız olan səs-rejissoru, oranjimançı Givi Usanaşviliyə o qədər məsləhət verirdim ki, özü razılaşırdı ki, müstəqil şəkildə oranjiman etmək iqtidarındayam. Fikrimcə, sənət aləmində olan peşəkar musiqiçilər işlərinə ən azı mənim qədər məsuliyyətli yanaşsalar, bundan qazanan ancaq melomanlar olar", - bəstəkar belə dedi.

Trend olaraq Sizə "Emil Shahin production"da hazırlanmış iki videoçarx təqdim edirik. Birinci linkdə ancaq "Tənha külək" kompozisiyası yer alsa da, ikincisində hesabat xarakterli mini-filmd ə sözügedən instrumental əsər də daxil olmaqla, altı illik bəstəkarlıq təcrübəsinə malik olan Emil Şahinin ərsəyə gətirdiyi musiqi layihələri öz əksini tapıb. Əminik ki, yayın hiti olacaq "Tənha külək" romantik anlarınızda dinləməkdən doymayacağınız musiqilərdən biri kimi rəğbətinizi qazanacaq.

Xəbər lenti

Xəbər lenti