...

Azərbaycanda "Eurovision-2012"-nin seçim mərhələsinin ikinci yarımfinalçısı müəyyən oldu

Mədəniyyət Materials 10 Dekabr 2011 02:41 (UTC +04:00)
Azərbaycanda "Eurovision-2012"-nin seçim mərhələsinin ikinci yarımfinalçısı müəyyən oldu.
Azərbaycanda "Eurovision-2012"-nin seçim mərhələsinin ikinci yarımfinalçısı müəyyən oldu

Azərbaycan, Bakı, 10 dekabr /Trend, Vüqar İmanov/

Azərbaycanda "Eurovision-2012"-nin milli seçim turunun ikinci yarımfinalçısı müəyyən oldu. Birinci qrupdan sms-səsvermə və münsiflər heyətinin rəyi nəticəsində Maryam Kərimova qalib oldu.

Sms-səsvermənin nəticələri: Maryam Kərimova - 1859, Hüseyn Abdullayev - 1475, Fərid Həsənov - 844, Rüfət Əliyev - 730, "Live or Leave" rok qrupu - 513, İlham Həmidov - 428, Elvin Babazadə - 316, Mehriban Sadıqova - 83, Sehri Rəhimova - 44.

Münsiflər heyətinin (birincidən axırıncıya qədər) yekun qərarı: Maryam Kərimova, Hüseyn Abdullayev, Fərid Həsənov, İlham Həmidov, Elvin Babazadə, Sehri Rəhimova, "Live or Leave" rok qrupu, Rüfət Əliyev, Mehriban Sadıqova.

Azərbaycanın İctimai televiziyasının vasitəsi ilə birbaşa yayımlanan seçim turunun daimi aparıcıları füsunkar Leyla Əliyeva və görkəmli Hüsniyyə Məhərrəmovadır, "qrin-rum"-da isə Kamran Quliyevdir.

Musiqi yarışında 72 iddiaçı iştirak edirlər, onlar 8 yarımqrupa bölünüblər. Seçim turunun iştirakçılarının arasında keçən illərin milli seçmələrinin iştirakçıları, məşhur ifaçılar, həmçinin üç ABŞ vətəndaşı var. Teleşou səkkiz həftə - bazar ertəsindən cümə gününədək davam edəcək. Layihənin qaydalarına görə, bazar ertəsi müsabiqənin iştirakçıları dünya hitlərindən birini ifa edirlər, çərşənbə axşamı - Azərbaycan estrada mahnısını, çərşənbə günü - Eurovision-un kompozisiyalarından birini, cümə axşamı - azad seçimdir, cümə günü isə yarımqrupun qalibi təyin edilir.

Orxan Kərimli birinci yarımqrupun qalibi oldu.

2012-ci ildə "Eurovision" beynəlxalq mahnı yarışması Azərbaycanda keçəcək. Azərbaycanlı iştirakçılar Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Eurovision-2011" müsabiqəsinin qalibi oldular.

Müsabiqənin yarımfinal turları 22 və 24 may tarıxındə, final - 26 may tarixində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti