...

Belçikanın "Eurovision 2012" təmsilçisi Bakıya gəlməyi səbirsizliklə gözləyir

Mədəniyyət Materials 23 Aprel 2012 17:45 (UTC +04:00)
Belçikanın "Eurovision 2012" təmsilçisi İris Bakıya gəlməyi səbirsizliklə gözləyir.
Belçikanın "Eurovision 2012" təmsilçisi Bakıya gəlməyi səbirsizliklə gözləyir

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Belçikanın "Eurovision 2012" təmsilçisi İris Bakıya gəlməyi səbirsizliklə gözləyir.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, ölkə təmsilçisi bu müsabiqədə iştirak hüququ qazanmaqla ən böyük arzusunun həyata keçdiyini deyib.

"Bakıdakı "Eurovision 2012" şousunu səbirsizliklə gözləyirəm. Bu müsabiqədə iştirak mənim üçün inanılmaz bir şeydir. Təxminən 2 ildir peşəkar səviyyədə oxumağa başlamışam və tez bir müddətdə belə bir şansı qazanmaq əvəzolunmaz hissdir. "Bakı Kristal Zalı"nda çıxışımın və nümayiş etdirəcəyim şounun bütün auditoriya tərəfindən bəyənilməsinə çalışacağam", - o deyib.

Təmsilçi Rusiya adından çıxış edəcək "Buranovskie babuşki" qrupuna rəğbət bəslədiyini də deyib.

Müsabiqənin ən gənc iştirakçılarından olan İris növbəti həftə yeni albomunun təqdimatının keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti