...

Azərbaycanın “Mayak” filmi beynəlxalq kinofestivalda iki mükafat qazanıb

Mədəniyyət Materials 19 İyul 2012 19:44 (UTC +04:00)
İyul ayının 12-dən 15-dək Rusiyanın Yaroslavl şəhərində "Dünyaya işıq" II Bey-nəlxalq Gənclər Kinofestivalı keçirilib.
Azərbaycanın “Mayak” filmi beynəlxalq kinofestivalda iki mükafat qazanıb

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İyul ayının 12-dən 15-dək Rusiyanın Yaroslavl şəhərində "Dünyaya işıq" II Bey-nəlxalq Gənclər Kinofestivalı keçirilib.

Trend-in Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu il festivala 11 ölkədən 211 film təqdim olunub.

Müsabiqədə Azərbaycan, Ukrayna, Belarus, Estoniya, Gürcüstan, İsrail, Böyük Britaniya, Almaniya, Polşa, Kipr, həmçinin Rusiyanın müxtəlif regionlarından filmlərin iştirak etdiyi, 10 nominasiya üzrə keçirilən müsabiqədə ölkəmizi gənc rejissor Fariz Əhmədovun "Mayak" filmi təmsil edib. Ekran əsəri "bədii film" nominasiyasında ikinci yeri qazanıb, "uşaq filmləri" nominasiyasında isə B kateqoriyasının (19-30 yaş) qalibi olub.

"Bu meydan, bu ekran - 2011" müsabiqəsinin nəticələrinə əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn "Mayak" filminin ssenari müəllifi Esmira Eyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim Eminov, bəstəkarı Rauf Əliyevdir.

Xəbər lenti

Xəbər lenti